Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3151
27.01.2021, 13:02
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə həlak olan şəhidlərin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirlər.
Bakının Yasamal və Nəsimi rayonundan olan, şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlər dəfn yerinin ikinci Fəxri xiyabana köçürülməsini istəyirlər. Onlar dünən sinə daşlarını qaldıraraq qəbirləri su basdığını göstəriblər.
Məsələ ilə bağlı Musavat.com-a danışan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyinədir:
"Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.
İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: "Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı "Qafqazinfo”ya bildirib ki, şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.