Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
14363
17.01.2021, 15:46
Azərbaycanda müharibə veteranlarına,qazilərinə Dövlət tərəfindən sistemli şəkildə diqqət və qayğı göstərilməsinə baxmayaraq bəzən xoşagəlməz hallar da yaşanır.
Oxu24.com-a müraciət edən I Qarabağ Müharibəsi veteranı İmanov Əhməd Balağa oğlu çətin vəziyyəti ilə əlaqədar olaraq kömək istəyib.
Müharibə zamanı xüsusi qəhrəmanlıq göstərmiş qazimizi daha yaxından tanıyaq:
Əvvəlcə özünü müdafiə batalyonunda qoşulub.1992-ci ildə N saylı hərbi hissədə xidmətə davam edib. Döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərərək 1992-ci ilin martın 12-ə 300 nəfər ermənini məhv edərək tarixə düşüb. Həmin hadisə ilə bağlı ermənilər 3 gün matəm elan edib.
Göründüyü kimi Əhməd İmanov xüsusi qəhrəmanlıq göstərən döyüşçülər sırasındadır. Amma təəssüf ki, bu gün onun həyatı acınacaqlı şəkildə davam edir.
Qazimiz hazırda Bərdə rayonunun Alaçadırlı kəndində, düzəngahlıqda yerləşən bir uçuq tikintidə yaşayır. Müsahibimiizn sözlərinə görə, elə o vaxtdan bu zamana kimi bu yerdə məskunlaşıb.
“ Məni bu kənddə Kamil kimi tanıyırlar. Mən döyüşlərdə qəhrəmanlıq göstərsəm də bu barədə çox yerdə danışmamışam. Bu vaxta kimi heç kimə də ağız açmamışam. Bu günki yaşayışım göz qabağındadır. Dövlətdən 80 manat veteran pulu və 130 manat sosial yardım alıram.4 ay bundan əvvəl mənə pensiya kəsildi. Mən əlil olduğum üçün əlil pensiyası almalıyam. Bunu düzəldə bilmirəm. Məni get-gələ salırlar. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu məsələdə mənə kömək etsin”
Əhməd İmanov bildirib ki, hazırda yaşadığı yer kəndin ortasında, sahədə yerləşir. Uçuq-sökükü bir daxmada yaşayan qəhrəman döyüşçümüz diqqətsizlikdən gileylənib.
“Dövlətin xətti ilə imkansız şəxslərə, veteranlara yardım paylandı. Mənimlə maraqlanan olmadı amma. Evin görünüşünü görürsünüz yəqin.Burada adam yaşaya bilərmi? Hər dəlikdən bir ilan, siçovul çıxır. Neçə ildir, gözləyirəm.Amma bir xəbər yoxdur”, deyə o bildirib.
Əhməd İmanov daha bir dərdini dilə gətirib və ölkə rəhbərliyindən kömək istəyib.
“Mənim 3 övladım var. Belə bir çətin şəraitdə övlad böyütmüşəm. Oğlum İmanov Şirxan günahsız yerə həbs olunub.Bərdə hadisələri zamanı o günahsız yerə tutuldu.Amma ortalıqda heç bir sübut,fakt yoxdur. Oğlumun azad olunması barədə ölkə rəhbərliyindən kömək istəyirəm.Xahiş edirəm, bu işi düzgün araşdırısnlar. Oğlumu xuliqanlıq maddəsi ilə tutublar. Amma o heç bir hadisə törətməyib.”
Qəhrəman döyüşümüzün acınacaqlı durumda yaşadığı daxmadan görüntüləri şərhsiz təqdim edirik:



13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.