“Azərişıq”da yeni sistemin tam inteqrasiya olunmamasnın fəsadları: Olmayan borc görünür
06 Oktyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
5797
17.04.2020, 13:10
Koronavirusla əlaqədar olaraq ölkədə karantin rejimi tətbiq olunduğu bir vaxtda Unibank vətəndaşlar ödəniş tələb edib.
Oxu24.com xəbər verir ki, bu gün səhər saatlarından etibarən bank əməkdaşları vətəndaşlara zəng edərək ödənişin ödəmək lazım olduğunu bildirib.
Daha sonra məlum olub ki, gcikdirilən günlər üzrə vətəndaşlara faiz hesablanır. Bu barədə saytımıza məlumatı vətənda. Mircəlal Məcidov bildirib.
Onun sözlərinə görə, bankın əməkdaşı ona zəng dərək ödənişin gecikdiyini xatırladıb və əlavə faizin yığıldığını bildirib.
"Bu gün səhər 055 5004147 nömrəsindən mənə zəng gəldi. Unibankın əməkdaşı kimi özünü təqdim edən şəxs ödənişin gecikdyini xatırlatdı. Ona koronavirusla bağlı vəziyyətin çətinliyini bildirdim.Bank əməkdaşı dedi ki,Mərkəzi Bankdan onlara tapşırıq verilib ki, ödənişlər vətəndaşlardan alınsın. Daha sonra məlum oldu ki, mənə gecikən günlər üzrə faiz hesablanıb.
Həmin faizi və aylıq ödənişi məcbur qalıb ödədim. Çünki bankın əməkdaşı mənə dedi ki, adınız qara siyahıya düşəcək və kredit blankınız korlana bilər."
Oxu24.com məsələ ilə bağlı bankla əlaqə saxlayıb.
Unibankın mətbuat xidmətindən verilən məlumata görə,gecikən günlərə görə bank tərəfindən faiz hesablanmır.
"Unibank rəhbərliyinin qərarı ilə karantin müddətini nəzərə alaraq, mart və aprel aylarında kredit ödənişlərinə gecikmə günlərinə görə faiz hesablanmır. Bank əməkdaşları tərəfindən müştərilərə kredit ödənişlərinin onlayn kanallar vasitəsi ilə mümkünlüyü haqda xatırlatma zəngləri edilir", deyə bankdan bildirilib.
23:16 / 26 Oktyabr 2026
1
23:08 / 26 Oktyabr 2026
24
22:58 / 26 Oktyabr 2026
49
22:56 / 26 Oktyabr 2026
51
22:51 / 26 Oktyabr 2026
49
22:34 / 26 Oktyabr 2026
203
22:30 / 26 Oktyabr 2026
63
22:11 / 26 Oktyabr 2026
62
22:11 / 26 Oktyabr 2026
59
22:04 / 26 Oktyabr 2026
78
22:02 / 26 Oktyabr 2026
70
21:58 / 26 Oktyabr 2026
65
21:53 / 26 Oktyabr 2026
150
21:44 / 26 Oktyabr 2026
68
21:32 / 26 Oktyabr 2026
69
21:30 / 26 Oktyabr 2026
71
21:05 / 26 Oktyabr 2026
1035
21:02 / 26 Oktyabr 2026
81
20:56 / 26 Oktyabr 2026
93
20:30 / 26 Oktyabr 2026
91
20:26 / 26 Oktyabr 2026
86
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.