Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
653
16.11.2023, 18:22
Bakıda həmyerlisinə - 2009-cu il təvəllüdlü Zəhraya (şərti ad) qarşı cinsi zorakılıq etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Rahimi Mahdiyə hökm oxunub.
Oxu24.com xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Hökmə əsasən, R.Mahdi 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 1989-cu il təvəllüdlü Rahimi Mahdi cinsi istəyini pozğun formada təmin etmək məqsədi ilə Bakıda kirayə yaşadığı ünvanda uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünün yataq otağında 14 yaşına çatmayan 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib, əli ilə qolundan dartaraq zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Qeyd edək ki, hadisə 2019-cu il iyunun 21-də olub. O, zərərçəkmişin qanuni varislərinin şikayəti əsasında həbs olunub. R.Mahdiyə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Nigar
12:29 / 27 Sentyabr 2026
1
12:06 / 27 Sentyabr 2026
41
11:52 / 27 Sentyabr 2026
99
11:44 / 27 Sentyabr 2026
52
11:35 / 27 Sentyabr 2026
375
11:30 / 27 Sentyabr 2026
54
11:28 / 27 Sentyabr 2026
44
11:04 / 27 Sentyabr 2026
478
11:00 / 27 Sentyabr 2026
111
11:00 / 27 Sentyabr 2026
51
10:50 / 27 Sentyabr 2026
166
10:40 / 27 Sentyabr 2026
55
10:37 / 27 Sentyabr 2026
65
10:33 / 27 Sentyabr 2026
125
10:30 / 27 Sentyabr 2026
58
10:16 / 27 Sentyabr 2026
63
10:10 / 27 Sentyabr 2026
69
10:00 / 27 Sentyabr 2026
56
09:50 / 27 Sentyabr 2026
69
09:49 / 27 Sentyabr 2026
59
09:46 / 27 Sentyabr 2026
488
09:31 / 27 Sentyabr 2026
59
09:19 / 27 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.