SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
01 Aprel 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
540
30.10.2023, 14:09
Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində fərdi yaşayış evinə basqın edərək 2 nəfəri qətlə yetirməkdə, daha 4 nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.
Qafqazinfo məlumat yayıb ki, M.Tağıyev hadisə yerinə gedərkən kameraya düşüb və həmin görüntülər cinayətin açılmasında əhəmiyyətli rol oynayıb. Belə ki, hadisə sutkanın qaranlıq vaxtı baş verdiyindən M.Tağıyevi demək olar ki, görən olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların özünə gəlməsini və onlara atəş açan şəxsin kamera görüntüləri ilə tanış olmasını gözləyib. Bu zaman hadisə yerinə ilk gələnlərdən olan və atası ilə birgə xəsarət alan polis sahə müvəkkili Etibar Sarıyev Müşfiq Tağıyevi tanıyıb. O, kameradakı şəxsin həmin məhəllədə bir qədər aralıdakı evdə yaşadığını deyib.
Bundan sonra polisin həyata keçirdiyi əməliyyatla Müşfiq Tağıyev saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi silah götürülüb.
İlkin araşdırmalar zamanı Müşfiq Tağıyev evinə basqın etdiyi Dağbəyi Fərəcovun İsveçrədə yaşayan oğlu Anar Fərəcovla ədavətinin olduğunu deyib. O, illər əvvəl Anarla arasında münaqişənin olduğunu və onun ölkəyə qayıtmasını öyrəndikdən sonra yaşadığı evə basqın edərək Anarı qətlə yetirmək istədiyini bildirib.
Həmçinin oxuyun
Lakin hadisə vaxtı Anar Fərəcov evdə olmayıb. Nəticədə qapını açan Dağbəyi Fərəcov və səsə çıxan qızı Suzana Karakaş aldıqları güllə yarasından vəfat edib. D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova, kürəkəni Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - polis zabiti Etibar Sarıyev və atası Mehman Sarıyev xəsarət alıb.
09:28 / 02 Aprel 2026
1
01:41 / 02 Aprel 2026
223
00:54 / 02 Aprel 2026
232
23:49 / 01 Aprel 2026
105
23:40 / 01 Aprel 2026
124
23:15 / 01 Aprel 2026
159
23:04 / 01 Aprel 2026
172
22:55 / 01 Aprel 2026
171
22:40 / 01 Aprel 2026
156
22:30 / 01 Aprel 2026
279
22:14 / 01 Aprel 2026
177
22:08 / 01 Aprel 2026
181
21:54 / 01 Aprel 2026
143
21:39 / 01 Aprel 2026
179
21:36 / 01 Aprel 2026
122
21:35 / 01 Aprel 2026
95
21:29 / 01 Aprel 2026
118
21:24 / 01 Aprel 2026
182
21:20 / 01 Aprel 2026
71
21:17 / 01 Aprel 2026
95
21:14 / 01 Aprel 2026
82
21:11 / 01 Aprel 2026
96
21:10 / 01 Aprel 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.