Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
422
03.11.2022, 13:27
2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur:
“2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir”.
Maliyyə naziri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir:
Ətraflı
“Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur. Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”.
Samir Şərifov, həmçinin vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb:
“2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq”.
Nazirin sözlərinə görə, 2023-cü ildə müavinətlərin, pensiyaların artırılması üçün 2 milyard 598 milyon manat nəzərdə tutulur:
“Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq”.
18:21 / 17 Oktyabr 2026
24
18:09 / 17 Oktyabr 2026
30
17:58 / 17 Oktyabr 2026
50
16:45 / 17 Oktyabr 2026
172
16:10 / 17 Oktyabr 2026
145
15:50 / 17 Oktyabr 2026
119
15:41 / 17 Oktyabr 2026
99
15:32 / 17 Oktyabr 2026
1213
15:19 / 17 Oktyabr 2026
1943
15:17 / 17 Oktyabr 2026
119
15:14 / 17 Oktyabr 2026
174
14:35 / 17 Oktyabr 2026
137
14:30 / 17 Oktyabr 2026
97
14:23 / 17 Oktyabr 2026
791
14:15 / 17 Oktyabr 2026
103
13:55 / 17 Oktyabr 2026
105
13:47 / 17 Oktyabr 2026
422
13:45 / 17 Oktyabr 2026
107
13:40 / 17 Oktyabr 2026
199
13:31 / 17 Oktyabr 2026
112
13:30 / 17 Oktyabr 2026
105
13:25 / 17 Oktyabr 2026
152
13:16 / 17 Oktyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.