Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTOLAR

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTOLAR

REDAKTORUN SEÇİMİ

1177

02.08.2022, 21:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

 

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.

 

Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.

 

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


 

Faktla bağlı araşdırma aparılır.