Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1913
08.01.2022, 20:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı, vəsiqəsi və təqaüdün necə veriləcəyini açıqlayıb
Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır. Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək.
Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək.
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.
Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - İş yerləri - SİYAHI
18:43 / 06 Noyabr 2026
33
18:33 / 06 Noyabr 2026
56
18:27 / 06 Noyabr 2026
375
18:24 / 06 Noyabr 2026
64
18:13 / 06 Noyabr 2026
75
17:55 / 06 Noyabr 2026
81
17:46 / 06 Noyabr 2026
87
17:42 / 06 Noyabr 2026
228
17:29 / 06 Noyabr 2026
110
17:24 / 06 Noyabr 2026
645
17:13 / 06 Noyabr 2026
107
16:54 / 06 Noyabr 2026
119
16:44 / 06 Noyabr 2026
109
16:36 / 06 Noyabr 2026
126
16:22 / 06 Noyabr 2026
125
16:17 / 06 Noyabr 2026
131
16:02 / 06 Noyabr 2026
131
15:54 / 06 Noyabr 2026
142
15:50 / 06 Noyabr 2026
162
15:43 / 06 Noyabr 2026
186
15:32 / 06 Noyabr 2026
150
15:21 / 06 Noyabr 2026
168
15:14 / 06 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.