Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
06 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
53
06.11.2026, 18:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.
Oxu24.com xəbər verir ki, Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta ümumtəhsil məktəb binasının layihələndirilməsi və tikintisinə başlanılıb. 2025-ci ildə layihədə konseptual dəyişiklik edilərək, təhsil müəssisəsi Zəngilan Şəhər Təhsil Kompleksi olaraq peşəyönümlü tədris müəssisəsi kimi yenidən layihələndirilib.
Kompleksdə məktəbəhazırlıq, biologiya, informatika, çağırışaqədərki hazırlıq, “STEAM-STARTERS”, “STEAM-SCIENCE LAB”, “STEAM CHALLENG” otaqları, robot zonaları, laboratoriyalar, dərzi, santexnika çilingəri və elektrik montyoru emalatxanaları yaradılıb. Burada, həmçinin kitabxana, idman və akt zalları, yeməkxana da müəllim-tələbə heyətinin ixtiyarına veriləcək.
Ümumi ərazisi 1,6 hektar olan kompleksin həyətində də geniş abadlıq işləri aparılıb, açıq idman meydançası və qaçış zolağı yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində son illərdə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunub. Bu siyasətin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş torpaqlarımızda “Böyük Qayıdış” Proqramı çərçivəsində hərtərəfli infrastrukturun yaradılmasıdır ki, təhsil müəssisələri də burada xüsusi yer tutur. Zəngilanda yeni təhsil kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.
X X X
Bu gün Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının da açılışı olub.
Qeyd edək ki, körpələr evi-uşaq bağçası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı inşa olunub.
Burada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin balacaların ilkin bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb. Körpələr evi-uşaq bağçasında oyun, yataq, kompüter, tibb otaqları və idman zalı da var. Musiqi, rəqs və akt zalları da balacaların ixtiyarına veriləcək. Körpələr evi-uşaq bağçasının həyətində abadlıq işləri həyata keçirilib, balacaların açıq havada istirahəti üçün zəruri şərait yaradılıb.
***
14:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.











18:33 / 06 Noyabr 2026
56
18:27 / 06 Noyabr 2026
375
18:24 / 06 Noyabr 2026
64
18:13 / 06 Noyabr 2026
75
17:55 / 06 Noyabr 2026
81
17:46 / 06 Noyabr 2026
87
17:42 / 06 Noyabr 2026
228
17:29 / 06 Noyabr 2026
110
17:24 / 06 Noyabr 2026
645
17:13 / 06 Noyabr 2026
107
16:54 / 06 Noyabr 2026
119
16:44 / 06 Noyabr 2026
109
16:36 / 06 Noyabr 2026
126
16:22 / 06 Noyabr 2026
125
16:17 / 06 Noyabr 2026
131
16:02 / 06 Noyabr 2026
131
15:54 / 06 Noyabr 2026
142
15:50 / 06 Noyabr 2026
162
15:43 / 06 Noyabr 2026
186
15:32 / 06 Noyabr 2026
150
15:21 / 06 Noyabr 2026
168
15:14 / 06 Noyabr 2026
156
15:13 / 06 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.