Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
632
08.01.2022, 13:46
Qobu və Hökməlidə polis əməliyyat keçirib, saxlanılanlar var.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs tutulub.
Belə ki, bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı 2 ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.
Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 85 qram heroin və 20 qram metamfetamin aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Hər iki faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
19:07 / 06 Noyabr 2026
1
18:43 / 06 Noyabr 2026
58
18:33 / 06 Noyabr 2026
69
18:27 / 06 Noyabr 2026
495
18:24 / 06 Noyabr 2026
69
18:13 / 06 Noyabr 2026
85
17:55 / 06 Noyabr 2026
90
17:46 / 06 Noyabr 2026
91
17:42 / 06 Noyabr 2026
261
17:29 / 06 Noyabr 2026
112
17:24 / 06 Noyabr 2026
687
17:13 / 06 Noyabr 2026
110
16:54 / 06 Noyabr 2026
123
16:44 / 06 Noyabr 2026
111
16:36 / 06 Noyabr 2026
130
16:22 / 06 Noyabr 2026
125
16:17 / 06 Noyabr 2026
131
16:02 / 06 Noyabr 2026
133
15:54 / 06 Noyabr 2026
146
15:50 / 06 Noyabr 2026
166
15:43 / 06 Noyabr 2026
191
15:32 / 06 Noyabr 2026
154
15:21 / 06 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.