Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
780
08.01.2022, 13:33
Yanvarın 9-na olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.
19:07 / 06 Noyabr 2026
1
18:43 / 06 Noyabr 2026
58
18:33 / 06 Noyabr 2026
69
18:27 / 06 Noyabr 2026
495
18:24 / 06 Noyabr 2026
69
18:13 / 06 Noyabr 2026
85
17:55 / 06 Noyabr 2026
90
17:46 / 06 Noyabr 2026
91
17:42 / 06 Noyabr 2026
261
17:29 / 06 Noyabr 2026
112
17:24 / 06 Noyabr 2026
687
17:13 / 06 Noyabr 2026
110
16:54 / 06 Noyabr 2026
123
16:44 / 06 Noyabr 2026
111
16:36 / 06 Noyabr 2026
130
16:22 / 06 Noyabr 2026
125
16:17 / 06 Noyabr 2026
131
16:02 / 06 Noyabr 2026
133
15:54 / 06 Noyabr 2026
146
15:50 / 06 Noyabr 2026
166
15:43 / 06 Noyabr 2026
191
15:32 / 06 Noyabr 2026
154
15:21 / 06 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.