FHN açıqlama yaydı: 5 meyit tapılıb
09 Fevral 2026, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1843
26.12.2021, 01:51
Məşhur sekspatoloq Dr. Susan Blok erotik yuxuların insanlar tərəfindən yanlış yozulduğunu bildirir. Onun sözlərinə görə, məsələn, yuxuda sevişmək həmin şəxsi arzuladığınızı göstərmir. Bütün yuxular kimi seks və cinsi həyatla bağlı yuxular da sizin üçün əhəmiyyət daşıyan hadisələrə işarə edir.
Məşhur sekspatoloq Dr. Susan Blok erotik yuxuların insanlar tərəfindən yanlış yozulduğunu bildirir. Onun sözlərinə görə, məsələn, yuxuda sevişmək həmin şəxsi arzuladığınızı göstərmir. Bütün yuxular kimi seks və cinsi həyatla bağlı yuxular da sizin üçün əhəmiyyət daşıyan hadisələrə işarə edir.
Oxu24.com yuxu yozumu mütəxəssisi Lauri Loivenberqin sekslə bağlı yuxular haqqında yazdığı məqalənin hamı üçün maraqlı olacağını düşünərək yazıdan maraqlı hissələri təqdim edir:
Loivenberq sekslə bağlı yuxulara diqqət yetirməyi və yuxunun çatdırdığı ismarışlardan real həyatda istifadə etməyi məsləhət bilir.
O, yuxunun bir müddət sonra yaddan çıxdığını nəzərə alaraq yuxular üçün xüsusi bir dəftər ayırmağı tövsiyyə edir. Onun fikrincə, bu dəftərə gördüyünüz hər yuxunu yazaraq şüuraltınızın sizə verdiyi mesajları daha yaxşı anlaya bilərsiniz.
Lauri Loivenberq insanların 90 faizinin həyatlarının müxtəlif dövrlərində gördükləri, ən çox rast gəlinən sekslə bağlı yuxuların mənalarını araşdırıb.
Onun fikrinə görə, sekslə əlaqədar görülən yuxular arasında tanış biriylə sevişmək və ya öpüşmək kimi temalara daha çox rast gəlinir.
Bu cür yuxular o insanı arzuladığınız mənasını vermir. Bu tip yuxular həmin adamın sahib olduqlarında gözünüz olduğunu göstərir. Onun hansısa xüsusiyyətinə və ya əldə etdiklərinə qibtə etdiyiniz halda belə yuxular görə bilərsiniz.
Məsələn, yuxuda hər hansı iş yoldaşlarınız ya da müdirinizlə sekslə məşğul olursunuzsa, bu onlarla ünsiyyətinizi yaxşılaşdırmaq və onlara daha yaxın olmaq istədyinizdən xəbər verir. Həmçinin, iş yerində fikirlərini, hərəkətlərini bəyənmədiyiniz şəxslərlə də yuxuda cinsi əlaqəyə girmək ehtimalınız çoxdur.
Həmçinin oxuyun
Bu tip yuxuların cinsi fantaziyalarla əlaqəli olduğunu düşünmək səhv bir qiymətləndirmədir.
Əgər gecə yuxunuzda partnyorunuzla sevişmək üçün yer axtardığınızı görmüsünüzsə, bilin ki, aranızda ünsiyyət problemi var.
Belə yuxular görənlər partnyorları ilə daha çox vaxt keçirməyə, onları dinləyib problemləri danışaraq həll etməyə can atmalıdırlar.
İnsanların çox olduğu bir yerdə (ev xaricindəki bütün məkanlar daxildir) sekslə məşğul olduğunuzu görmək, seks fantaziyaları qurduğunuzu göstərmir. Bu yuxu daha çox utanmaq və digər mənfi duyğularla əlaqəlidir.
Belə yuxu yaxın vaxtlarda utanmağınıza səbəb olan bir hadisə ilə üzləşdiyinizi və bunun fəsadlarının şüuraltında hələ də hiss edildiyini bildirir.
Yuxuda məşhur bir ulduzla sevişdiyini görmək, real həyatda diqqət mərkəzində olmağı arzuladığınızdan xəbər verir.
Sekslə bağlı ən çox görülən yuxuların bir növü də köhnə sevgililərlə əlaqədar olanlardır.
Bu yuxular heç də keçmiş sevgiliniz üçün darıxdığınızın işarəti deyil. Həmin yuxular zehninizin kiçik xatırlatma bölmələrini hərəkətə keçirən kiçik hadisələrdən qaynaqlana bilər. Məsələn, "Facebook”da onunla əlaqədar bir paylaşma görmək ya da ad günü tarixinin yaxınlaşdığını xatırlamaq şüuraltına təsir edir və köhnə sevgilinizin yuxunuza girməsinə səbəb olar. Həmçinin hazırda birlikdə olduğunuz şəxslə problemlər yaşamaq da sizə keçmiş sevgilinizi xatırlada bilər. Şüuraltında yaranan keçmişlə indiki vəziyyəti müqayisə nəticəsində keçmiş sevgiliniz yuxunuza qonaq ola bilər.
(tabloid.az)
12:30 / 16 Fevral 2026
1
12:25 / 16 Fevral 2026
15
12:20 / 16 Fevral 2026
20
12:19 / 16 Fevral 2026
23
12:04 / 16 Fevral 2026
69
11:57 / 16 Fevral 2026
30
11:43 / 16 Fevral 2026
104
11:39 / 16 Fevral 2026
33
11:34 / 16 Fevral 2026
34
11:19 / 16 Fevral 2026
81
11:11 / 16 Fevral 2026
36
11:06 / 16 Fevral 2026
55
11:01 / 16 Fevral 2026
147
10:53 / 16 Fevral 2026
272
10:28 / 16 Fevral 2026
2114
10:20 / 16 Fevral 2026
67
10:11 / 16 Fevral 2026
43
10:05 / 16 Fevral 2026
192
09:37 / 16 Fevral 2026
1170
09:33 / 16 Fevral 2026
56
09:26 / 16 Fevral 2026
64
09:16 / 16 Fevral 2026
338
08:23 / 16 Fevral 2026
47
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.