Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
659
26.11.2021, 19:39
Hərbi qulluqçuların mənzillə təminatı davam etdirilir.
Oxu24.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu gün Azərbaycan Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.
İclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiyanın bu günədək olan fəaliyyəti barədə yeni tərkibi məlumatlandırıb, əsas məqsəd və hədəflərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb və sözügedən fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
Komissiyanın sədri Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan ordusunun hərbi qulluqçularının mənzil təminatının Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətində olduğunu bildirib. “Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır və bugünədək Azərbaycan Prezidentinin fərmanının icrası olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunub”, - deyə S.Şərifov bildirib.
İclasda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.
Eyni zamanda, komissiya üzvləri hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edib.
14:29 / 09 Noyabr 2026
1
14:22 / 09 Noyabr 2026
43
14:17 / 09 Noyabr 2026
44
14:06 / 09 Noyabr 2026
445
14:04 / 09 Noyabr 2026
79
13:44 / 09 Noyabr 2026
492
13:21 / 09 Noyabr 2026
112
13:11 / 09 Noyabr 2026
207
12:57 / 09 Noyabr 2026
1336
12:55 / 09 Noyabr 2026
115
12:40 / 09 Noyabr 2026
214
12:27 / 09 Noyabr 2026
168
12:15 / 09 Noyabr 2026
327
12:03 / 09 Noyabr 2026
1239
11:56 / 09 Noyabr 2026
133
11:56 / 09 Noyabr 2026
209
11:43 / 09 Noyabr 2026
141
11:37 / 09 Noyabr 2026
301
11:34 / 09 Noyabr 2026
128
11:30 / 09 Noyabr 2026
125
11:22 / 09 Noyabr 2026
128
11:09 / 09 Noyabr 2026
601
11:05 / 09 Noyabr 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.