Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
698
25.11.2021, 16:01
Bərəkət, şans və bolluq planeti olan Yupiter 2022-ci ildə balıq bürcündə bir illik səyahətə başlayır. Bu baxımdan, bürclərin şanslı olduğu sahələr də dəyişəcək.
Xərçəng bürcü – 2022-ci ildə xaricdə yaşamaq, akademik karyera qurmaq, bol-bol səyahət etmək istəyənlər, gözlədikləri dəstəyi alacaqlar. Bu sahədə olduqca şanslı və bərəkətli olacaqlar. Kitab yazmaq, nəşriyyatla bağlı xəyalları olanlar qabaqlarına çıxan fürsətləri mütləq dəyərləndirsinlər.
Şir bürcü - 2022-ci ildə investisiyalarınızın nəticəsini görəcəksiniz. Əgər məhkəmə iddiaları varsa, onlar sona çata bilər və ya yaxşı kredit imkanları əldə etməyiniz mümkündür. Vərəsəlik kimi məsələlər gündəminizdə olacaq. Bu ildə dəyişiklikdən qorxmamalı, buna açıq olmalısınız. Sizin üçün məhsuldar il olacaq.
Qız bürcü – Evlilik mövzusunda ən şanslı olduğunuz il olacaq. 12 illik gözləntilərinizin qarşılığını görə biləcəksiniz. İşi-gücü atıb ətrafınıza yaxşıca baxmalısınız. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalı, fürsətləri əldən verməməlisiniz. 2022 evlilik ili ola bilər. Evli olan qız bürcləri isə, münasibətlərindəki bütün problemləri həll edəcəklər.
Tərəzi bürcü – 2022-ci ildə rutinlərini dəyişdirəcəklər. Bəlkə də iş yerləri dəyişə bilər. Sağlamlıqları ilə bağlı gözəl xəbərlər alacaqlar. Yeni iş fürsətləri sizi gözləyir. Öz işini qurmaq istəyən ya da iş dəyişikliyi düşünənlər bu ərəfədə hazır olmalıdırlar.
Əqrəb bürcü – 2022-ci ildə sevgi sahəsinin ən şanslı bürcü olacaqsınız. Əylənəcəyiniz, çox fərqli ortamlara girəcəyiniz il sizi gözləyir. Uzun illər boyu, 2022-ci ilin nə qədər gözəl keçdiyini xatırlayacaqsınız. Evli olanlar isə, uşaq məsələsində olduqca şanslı olacaqlar.
Oxatan bürcü – 2022-ci ilin gündəmi ev almaq, dəyişdirmək, gözəlləşdirmək olacaq. Bəziləri şəhər dəyişdirə, bəziləri isə daşınmaz əmlaka investisiya qoya bilər. Ailəvi mövzularda illərdir bitməyən problemlər həllini tapacaq.
Oğlaq bürcü - 2022-ci ildə səyahət, təhsil gündəmdə olacaq. Yeni insanlarla tanışacaqsınız. Bəziləri ticarətlə maraqlanmağa başlayacaqlar. Hətta bu mövzuda uğur əldə etmə ehtimalları yüksəkdir. Bəziləri isə nəşriyyat işinə girəcək. Ətrafınızın izdihamlı olacağı il sizi gözləyir.
Dolça bürcü – Həm maddi, həm də mənəvi baxımdan olduqca bərəkətli il olacaq. Yeni investisiyalar gözlənilir. Bu ilin dəyərini bilməlisiniz. 2022-ci il pul məsələsində ən şanslı ilinizdir.
Balıq bürcü – Yupiter bu bürcdə səyahət etdiyi üçün ən şanslılardan olacaqlar. Nəyə əl atsalar, o mövzuda bərəkət qazanacaqlar. Addım atmaqdan, istəməkdən və tələb etməkdən imtina etməyin. 2022-ci il sizin üçün aktiv keçəcək.
15:13 / 09 Noyabr 2026
1
15:05 / 09 Noyabr 2026
41
15:00 / 09 Noyabr 2026
50
14:58 / 09 Noyabr 2026
47
14:55 / 09 Noyabr 2026
60
14:42 / 09 Noyabr 2026
68
14:37 / 09 Noyabr 2026
67
14:29 / 09 Noyabr 2026
182
14:22 / 09 Noyabr 2026
175
14:17 / 09 Noyabr 2026
90
14:06 / 09 Noyabr 2026
884
14:04 / 09 Noyabr 2026
112
13:44 / 09 Noyabr 2026
739
13:21 / 09 Noyabr 2026
127
13:11 / 09 Noyabr 2026
343
12:57 / 09 Noyabr 2026
1664
12:55 / 09 Noyabr 2026
123
12:40 / 09 Noyabr 2026
230
12:27 / 09 Noyabr 2026
188
12:15 / 09 Noyabr 2026
352
12:03 / 09 Noyabr 2026
1369
11:56 / 09 Noyabr 2026
137
11:56 / 09 Noyabr 2026
282
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.