Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
562
28.10.2021, 23:06
Azərbaycanda koronavirusa yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölüm sayı 20-30 arasındadır. Aktiv xəstə sayı 26 mindən çoxdur. Bir sözlə, pandemiya ilə bağlı durum heç də ürəkaçan deyil. Üstəlik rəsmi qurumlar növbəti aylarda, yəni noyabr və dekabrda epidemioloji durumun daha da kritikləşəcəyini, növbəti dalğanın tüğyan edəcəyini bəyan edirlər.
Oxu24.com axar.az-a istinadən xəbər verir ki, dünya ölkələrində də epidemiya ilə bağlı vəziyyət pisləşib. Bəzi ölkələr artıq koronavirusdan qorunmaq məqsədilə karantin tədbirlərini sərtləşdirirlər. Avropa ölkələrində küçələrdə maskasız gəzmək qadağası bərpa edilib. Təhsil müəssisələri, restoran və kafelərin fəaliyyətinə məhdudiyyət qoyulub.
Bəs, Azərbaycanda pandemiya ilə bağlı karantin rejiminin sərtləşəcəyi gözlənilirmi?
Qeyri-rəsmi məlumatlara görə, bu həftənin şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərgahın növbəti brifiniqi təşkil olunacaq. Brifinqdə pandemiya ilə bağlı bəzi məhdudlaşdırıcı qərarların veriləcəyi istisna olunmur. İlkin ehtimallara görə Azərbaycanda da bəzi Avropa ölklərində olduğu kimi açıq havada maskasız gəzmək qadağası bərpa edilə bilər. Ardınca, toy, xınayaxtı, nişan və digər böyük mərasimlərin keçirilməsinə məhdudiyyət qoyula bilər. Hansı ki, son vaxtlar yoluxmanın daha çox toy mərasimlərində artdığı müşahidə edilir. Uzun müddət bir-birlərini görməyən insanlar qucaqlaşır və yaxın təmasda olurlar.
Təhsil müəssisələrinin qapadılmasına gəlincə, məsələ ilə bağlı ictimaiyyətdə hələki yekdil fikir formalaşmayıb. Valideynlərin əksəriyyəti virusun sürətlə yayılması təhlükəsi səbəbindən məktəblərin bağlanmasını tələb edirlər.
Sosial şəbəkələrdə noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddialara münasibət bildirib. O, bununla bağlı qərarın olmadığını xatırlatsa da, hər şeyin yoluxma ilə bağlı rəqəmlərdən asılı olacağını bildirib.
Nəzərə alsaq ki, Ümümdünya Səhiyyə Təşkilatının tövsiyəsində də təhsil müəssisələrin sonda bağlanması qeyd olunub. Bu baxımdan məktəblərin qapadılması və tədrisin distant formaya keçməsi real görünmür.
Bu mənada deputat və ictimai-siyasi cameənin əksər nümayəndələri də ölkədə hər hansı qapanma qərarının əleyhinədirlər. Onlar hesab edir ki, qapanma təhlükəli və insanların iş mühitinin dayanmasıdır.
Üstəlik bundan əvvəl tətbiq olunan bütün qapanmaların nəticəsi effektiv oliub və ən optimal yol vaksinasiyanın davam etdirilməsindən keçir.
Qeyd edək ki, xeyli müddətdir ki, ölkə sərt karantin rejimindən çıxaraq bir sıra yumşaldılmalara gedib. Kinoteatrların, teatrların fəaliyyəti bərpa olunub, toylar müəyyən məhdudiyyət çərçivəsində keçirilir.
09:50 / 10 Noyabr 2026
46
09:46 / 10 Noyabr 2026
48
09:35 / 10 Noyabr 2026
80
09:26 / 10 Noyabr 2026
122
09:19 / 10 Noyabr 2026
96
08:56 / 10 Noyabr 2026
166
08:46 / 10 Noyabr 2026
156
08:42 / 10 Noyabr 2026
1139
05:37 / 10 Noyabr 2026
149
05:27 / 10 Noyabr 2026
238
04:34 / 10 Noyabr 2026
150
04:12 / 10 Noyabr 2026
213
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
165
01:30 / 10 Noyabr 2026
421
01:19 / 10 Noyabr 2026
580
01:00 / 10 Noyabr 2026
254
00:25 / 10 Noyabr 2026
1276
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
566
00:08 / 10 Noyabr 2026
170
23:52 / 09 Noyabr 2026
314
23:52 / 09 Noyabr 2026
2770
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.