Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1828
11.08.2021, 14:13
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət-profilaktik tədbirlər daim diqqət mərkəzində saxlanılır.
DİN-in mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, keçirilən növbəti yoxlamalar zamanı Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən "Atlant" İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov, eləcə də karantin qaydalarının pozulmasına şərait yaradan xidməti personal müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət İşi başlanılıb. “Atlant” İstirahət və Əyləncə mərkəzinin rəhbərlərindən biri Azər Qədəşov həbs edilib.Onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Saxlanılan digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə tədbirlər görülüb və onların hər biri cərimə ediliblər.
Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Vətəndaşlardan və ictimai iaşə obyektləri sahiblərindən, habelə fəaliyyətinə icazə verilən digər qapalı məkanların rəhbərlərindən tələb olunur ki, sanitar-karantin rejimi qaydalarına tam əməl etsinlər.Əks halda bu qaydaları pozan şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

12:09 / 11 Noyabr 2026
1
11:57 / 11 Noyabr 2026
191
11:50 / 11 Noyabr 2026
57
11:49 / 11 Noyabr 2026
70
11:43 / 11 Noyabr 2026
285
11:34 / 11 Noyabr 2026
62
11:32 / 11 Noyabr 2026
120
11:28 / 11 Noyabr 2026
115
11:16 / 11 Noyabr 2026
291
11:13 / 11 Noyabr 2026
77
11:11 / 11 Noyabr 2026
108
11:06 / 11 Noyabr 2026
90
10:56 / 11 Noyabr 2026
367
10:51 / 11 Noyabr 2026
105
10:45 / 11 Noyabr 2026
108
10:33 / 11 Noyabr 2026
99
10:19 / 11 Noyabr 2026
99
10:13 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
99
10:10 / 11 Noyabr 2026
280
10:09 / 11 Noyabr 2026
162
09:56 / 11 Noyabr 2026
91
09:37 / 11 Noyabr 2026
952
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.