Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2242
04.05.2021, 20:02
“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb.
Oxu24.com -un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, cərimənin məbləği 275 manata yüksəldilib. Əvvəl bu məbləğ 250 manat müəyyən edilmişdi.
Eyni zamanda, “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb. Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı balıq növlərini ovlayanlar 275 manat məbləğində cərimə ediləcək. Əvvəllər yalnız “Qırmızı kitaba” daxil edilmiş kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı balıq növlərini ovlayanlar cərimə edilirdi.
Bundan başqa, ölçüsündən və çəkisindən asılı olmayaraq, bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən ediləcək:
- bölgə - 247,5 manat
- nərə, uzunburun, ağ qızılbalıq - 220 manat
- xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın - 33 manat
- çəki, karp, qarabel siyənəyi - 22 manat
- naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri - 11 manat
- kilkə (1 kq) - 0,55 manat
- kürü (1 kq) bölgə, kələmo, nərə, uzunburun - 220 manat
- su onurğasızları xərçəng - 1,1 manat
- krevet - 0,55 manat
Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulacaq.
12:25 / 12 Noyabr 2026
6
12:05 / 12 Noyabr 2026
56
11:55 / 12 Noyabr 2026
76
11:50 / 12 Noyabr 2026
77
11:36 / 12 Noyabr 2026
73
11:35 / 12 Noyabr 2026
84
11:34 / 12 Noyabr 2026
113
11:31 / 12 Noyabr 2026
83
11:24 / 12 Noyabr 2026
304
11:21 / 12 Noyabr 2026
81
11:19 / 12 Noyabr 2026
149
11:05 / 12 Noyabr 2026
85
11:00 / 12 Noyabr 2026
92
10:45 / 12 Noyabr 2026
108
10:39 / 12 Noyabr 2026
114
10:36 / 12 Noyabr 2026
98
10:27 / 12 Noyabr 2026
280
10:20 / 12 Noyabr 2026
103
10:18 / 12 Noyabr 2026
92
10:05 / 12 Noyabr 2026
243
09:51 / 12 Noyabr 2026
104
09:48 / 12 Noyabr 2026
103
09:42 / 12 Noyabr 2026
302
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.