Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıdan bu şəhərə uçuşlar başlayır

SON DƏQİQƏ! Bakıdan bu şəhərə uçuşlar başlayır

REDAKTORUN SEÇİMİ

1554

03.05.2021, 19:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiya Federasiyasının daha bir şəhərinə - Mineralnıye Vodı - aviabilet satışına başlayır.

AZAL-dan  verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

 

Aviaşirkət “COVID-19” pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökumətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.