Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1828
03.05.2021, 17:39
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən mayın 5-i səhər saatlarından Orta Xəzərdə şimal-qərb küləyi 18-23 m/s, arabir 25-28 m/s, gündüz açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dənizdə dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.
Havanın dəyişməsi ilə bağlı gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılacaq. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürüləcək və müvafiq təlimatlar veriləcək.
Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması da təmin ediləcək.
Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə ediləcək. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görüləcək.
13:07 / 12 Noyabr 2026
1
13:04 / 12 Noyabr 2026
20
13:00 / 12 Noyabr 2026
35
12:40 / 12 Noyabr 2026
49
12:25 / 12 Noyabr 2026
85
12:05 / 12 Noyabr 2026
89
11:55 / 12 Noyabr 2026
91
11:50 / 12 Noyabr 2026
109
11:36 / 12 Noyabr 2026
88
11:35 / 12 Noyabr 2026
95
11:34 / 12 Noyabr 2026
144
11:31 / 12 Noyabr 2026
93
11:24 / 12 Noyabr 2026
408
11:21 / 12 Noyabr 2026
91
11:19 / 12 Noyabr 2026
198
11:05 / 12 Noyabr 2026
95
11:00 / 12 Noyabr 2026
100
10:45 / 12 Noyabr 2026
115
10:39 / 12 Noyabr 2026
122
10:36 / 12 Noyabr 2026
110
10:27 / 12 Noyabr 2026
305
10:20 / 12 Noyabr 2026
109
10:18 / 12 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.