Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1083
06.03.2021, 13:11
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A. Zeynalov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat pul aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24.000 ABŞ dolları götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülüb.
16:00 / 13 Noyabr 2026
1
15:42 / 13 Noyabr 2026
151
15:37 / 13 Noyabr 2026
56
15:30 / 13 Noyabr 2026
58
15:01 / 13 Noyabr 2026
72
14:59 / 13 Noyabr 2026
177
14:50 / 13 Noyabr 2026
86
14:46 / 13 Noyabr 2026
82
14:33 / 13 Noyabr 2026
90
14:24 / 13 Noyabr 2026
461
14:17 / 13 Noyabr 2026
397
14:12 / 13 Noyabr 2026
90
14:05 / 13 Noyabr 2026
166
14:00 / 13 Noyabr 2026
93
13:43 / 13 Noyabr 2026
187
13:41 / 13 Noyabr 2026
92
13:20 / 13 Noyabr 2026
90
13:05 / 13 Noyabr 2026
204
12:57 / 13 Noyabr 2026
152
12:45 / 13 Noyabr 2026
140
12:32 / 13 Noyabr 2026
172
12:20 / 13 Noyabr 2026
116
12:17 / 13 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.