Qaynar xətt:

(+99450) 247 90 86

Brifinqin vaxtı məlum oldu - Karantin qaydaları sərtləşdirilir

Brifinqin vaxtı məlum oldu - Karantin qaydaları sərtləşdirilir

REDAKTORUN SEÇİMİ

4022

05.03.2021, 09:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Sfera.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.

Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Belə ki, həmin günlərdə Bakı şəhəri daxil olmaqla, virusun geniş yayıldığı şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılması nəzərdə tutulur.

Qeyd: Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur və yoluxma sağalmanı üstələyib. (Pravda.az)