Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR:  Öz torpaqlarına qayıdan köçkünlər müavinət alacaqlar

ŞAD XƏBƏR:  Öz torpaqlarına qayıdan köçkünlər müavinət alacaqlar

REDAKTORUN SEÇİMİ

728

15.11.2020, 13:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”.

Oxu24.com bildirir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra statuslarını itirirlər:

“Müavinətlərin verilməsi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, hətta öz doğma torpaqlarına qayıtdıqdan sonra 3 il müddətində keçmiş məcburi köçkün soydaşlarımıza sosial yardımın verilməsi və sosial müdafiə tədbirlərinin görülməsi davam etdiriləcək”.

Cebhe.info