Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
769
12.11.2020, 12:24
İtaliya mediasında qərəzsiz mövqeyi ilə seçilən politoloq, jurnalist Karlo Marinonun Şuşanın işğaldan azad edildiyi gün dəyərli məqaləsi yayımlanıb.
Ümumiyyətlə, cənab Marino məqalədə Azərbaycan, Qarabağ barədə bütün tarixi mənbələri İtaliya oxucusuna vicdanla çatdırır.
Publika.az-ın həmsöhbəti Karlo Marinodur.
- Cənab Marino, sizi oxucularımızla yaxından tanış edək...
- İxtisasca politoloq və linqvistəm. İtaliya və Avropanın nüfuzlu universitetlərində ali təhsilimi davam etdirmişəm. Uzun müddət ərzində Şərq, Avropa eləcə də Rusiya tarixini öyrənmişəm. BMT-nin məsləhətçisi, Avropa Parlamentinin tərcüməçisi kimi çalışmışam. Hazırda Almaniyanın bir sıra media qurumları üçün məqalələr yazıram. Həmçinin İtaliya onlayn mətbuatında bir neçə saytın direktoruyam.
- İtaliya mediasında Azərbaycanın tarixi ərazisi olan Qarabağ, Şuşa həqiqətlərini qələmə aldığınız üçün minnətdaram. Rica edirəm, yazının əsas məqamlarını bizimlə də bölüşəsiniz...
- Məqalə yalnız Şuşa deyil, bütövlükdə Qarabağ ərazisinin Azərbaycan torpağı olduğunu sübut edən faktlara əsaslanır. Burada 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərindən söz açılır. Hətta 19-cu əsrin əvvəllərinə aid olan rus mənbələrində Şuşanın yerli əhalisinin yalnız azərbaycanlılardan ibarət olduğu da bildirilir. Kədərli faktların biri də odur ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri Şuşanı işğal edəndə yüzlərlə sakini qətlə yetirməklə yanaşı, tarixi abidələri məhv etmişdilər. Hətta 58 nəfərin taleyi bugünədək bəlli deyil. Odur ki, Şuşanın işğaldan azad olunması Azərbaycan üçün ən çox da mənəvi əhəmiyyət kəsb edir.
- Ümid edirəm, işğal müddətində Şuşa və digər rayonlarımızın təbiətinin, məscidlərinin, muzeylərinin, məzarlıqlarının vəhşicəsinə dağıdıldığından da xəbərdarsınız. Bəs həmvətənlərimizin Qarabağ münaqişəsi barədə mövqeyindən danışa bilərsinizmi?
- Açığı, italiyalılar Azərbaycan və Qarabağı uzaq torpaqlar hesab edirlər. Lakin İtaliya Respublikası üçün Azərbaycan olduqca əlverişli tərəfdaşdır. Bunun da ilkin səbəbi neft və qazdır. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın ölkənizə səfəri, 2020-ci ildə cənab İlham Əliyevin İtaliyaya gəlişi iki ölkə arasında əlaqələri daha da möhkəmlətdi. Rəhbərlik etdiyim media qurumları mütəmadi olaraq Azərbaycan-İtaliya münasibətlərini, ölkəniz haqda yenilikləri işıqlandırır. Azərbaycanın ən çox sevdiyim özəlliyi isə rəngarəng mədəniyyəti, tolerantlığıdır. Avropa və Asiya arasında çox gözəl vəhdət qurmusunuz. Təəssüf ki, tarixi təhriflər bir çox ölkənin taleyinə təsir etdiyi kimi sizdən də yan keçmədi. Bu 30 il ərzində Dağlıq Qarabağda baş verənlər niyəsə mənə İtaliyanın tarixindən bir parçanı xatırlatdı. 1866-cı ildən sonra İtaliyanın şimal-şərqindəki ərazi Avstriya Macar İmperiyasının əsarətinə keçir. Yalnız 1918-ci ildə Birinci Dünya müharibəsində iştirakdan sonra İtaliya öz tarixi torpaqlarını geri qaytarmaq iddiası ilə çıxış edə bilir. Bu gün həmin ərazi, yəni Cənubi Tirol əhalisi alman və sloven dillərində danışır. Buna baxmayaraq, İtaliya öz konstitusiyasına əsasən bütün vətəndaşlarının hüququnu eyni dərəcədə qoruyur. Azərbaycan da BMT-nin 4 qətnaməsində sübuta yetirildiyi kimi öz tarixi torpaqlarını geri qaytardı. Münaqişə bitən kimi beynəlxalq təşkilatlar bu ərazidən oğurlanan bütün sərvətlərin, həmçinin işğalçılar tərəfindən iflic edilmiş ekologiyanın bərpası üçün tam dəstək göstərməlidirlər.
- Bəli, qürurla etiraf edirik ki, 30 ildən sonra tarixi ədalət bərpa edildi...
- Bu, sevindirici haldır. Azərbaycan Ordusu qədim Roma döyüşçüləri kimi şücaətini, gücünü dünyaya göstərdi. Həmçinin müharibəni sülhlə sona çatdıraraq qələbəsini qeyd edib ali qanuna arxalandı. Xalqınızı təbrik edirəm.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.