Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2535
09.11.2020, 18:26
“Əziz xalqımızı Dövlət Bayrağı Günü və şanlı bayrağımızın azad olunmuş Şuşa şəhərində dalğalanmağı münasibətilə Ordu rəhbərliyi və şəxsi heyət adından təbrik edirəm”.
Oxu24.com -un məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.
O qeyd edib ki, ötən müddət ərzində düşmən qüvvələri Ermənistanın Berd, Çəmbərək rayonları və müxtəlif istiqamətlərdən Tovuz, Gədəbəy və digər istiqamətlərdə olan bölgələrimizi, o cümlədən Bərdə, Ağdam daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, toplardan və minaatanlardan atəşə tutub:
“Ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görülüb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. "Su-25" həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin cəbhənin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib.
Əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib. Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan düşmənin 2-ci və 3-cü motoatıcı alayının bölmələri ağır itkilər verərək müdafiə hədlərini atıb qaçmağa məcbur edilib.
Düşmənin xeyli sayda ölü və yaralısı var. Cəbhənin Tərtər istiqamətində bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti də Ordumuzun dəqiq atəşi ilə məhv edilib”.
Günün videosu: Şuşa
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.