Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi: “Düşmənin növbəti hərbi kolonu məhv edilib”

Müdafiə Nazirliyi: “Düşmənin növbəti hərbi kolonu məhv edilib”

REDAKTORUN SEÇİMİ

476

07.11.2020, 22:59

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.