Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
777
07.11.2020, 19:56
Cəhbədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, düşmən bu dəfə də şəffaflıq məqsədilə müxtəlif illərdə keçirilmiş seçkilərdə, elektron formada açıq şəkildə yerləşdirilmiş seçici siyahılarımızdan istifadə etməklə saxta şəhid siyahıları hazırlayır.
Belə ki, düşmən tərəfindən yaradılan saxta saytda açıq seçici siyahılarında olan seçicilər cəbhədə döyüşən əsgərlərimiz kimi qələmə verilir və saxta nömrələrdən vətəndaşlarımıza sms göndərilərək şəhidlər haqqında məlumat əldə etmək üçün bu sayta daxil olmaları istənilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd əhali arasında qorxu və təşviş yaratmaqdır.
Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin mesajlarda göstərilən keçidlərə daxil olmamaları, həmin nömrələri bloklamaları və mesajları spam olaraq şikayət etmələri xahiş olunur.
Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.