Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40929
az

Diqqət! Yeni qayda qüvvəyə mindi

10:4904 Noyabr, 2020
813
REDAKTORUN SEÇİMİ
  • A
Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış məlumata əsasən uçota alınmalıdır. Oxu24.com-un məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb. Tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalı və məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış məntəqələrində qeydiyyata alınmalıdır. Hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə göndərilməlidir. Qərar oktyabrın 30-dan qüvvəyə minib. Qeyd edək ki, bundan öncə Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınıb. Beləliklə, bu sahədə səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyinin əsasında yaradılmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda faciə: Ölən var
Səhiyyə Nazirliyində tutulan qadın kimdir? - YENİ DETALLAR
Bu sahədə çalışanların da maaşı artırılacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi