Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı: Xocavənd və Laçın...

Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı: Xocavənd və Laçın...

REDAKTORUN SEÇİMİ

3494

27.10.2020, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, əksinə, oktyabrın 27-də saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.
Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.