Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40611
az

Azərbaycan bu sayda meyiti Ermənistana verməyə hazırdır  - Rəsmi

20:2527 Oktyabr, 2020
2783
REDAKTORUN SEÇİMİ
  • A
“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına, eyni zamanda Cenevrə Konvensiyasının tələblərinə öz sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb”. “Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin başçısı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfinin humanist addım kimi Ermənistana aid 30 nəfər hərbçiinin meyitinin, eyni zamanda Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdən geri çəkildiyi zaman köməksiz halda buraxıb getdiyi 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif vermişdir: “Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilmiş görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, qarşı tərəfdən müsbət cavab verilməyib. Bunu beynəlxalq hüquq normalarına hörmətsizlik əlaməti olmaqla, eyni zamanda Ermənistan tərəfinin öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndiririk”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərlə arvad bir yerdə öldü — Azərbaycanda faciə
Kim Çen In üç generalını Rusiyaya göndərdi - DETALLAR
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı