Qaynar xətt:

(+99450) 247 90 86

Düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib

Düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib

REDAKTORUN SEÇİMİ

2681

25.10.2020, 19:37

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.
Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.