Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi erməni hərbçilərə təslim olmaq üçün şans verib

Müdafiə Nazirliyi erməni hərbçilərə təslim olmaq üçün şans verib

REDAKTORUN SEÇİMİ

1450

24.10.2020, 19:45

“Ötən müddət ərzində Cəbrayıl, Füzuli, Ağdərə, Hadrut, Qubadlı istiqamətlərində döyüşlər davam edib”.
Oxu24.com-un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq əks-hücum addımlarını davam etdirir: “Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması məsləhətdir. Qələbə bizimlədir!”.