Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1454
10.09.2020, 14:12
Azərbaycanda 7 aya yaxındır ki, koronavirusa görə toyların keçirilməsinə qadağa qoyulub. Hazırda gündəlik yoluxanların sayı artma-azalma dinamikası ilə davam edir. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə veriləcəyidir.
Oxu24.com xəbər verir ki, bununla bağlı Konkret.az–ın sualını cavablanıran professor Adil Qeybulla bildirib ki, koronavirusun mutasiya prosesi davam edir:
“Ümumi həyatın sosial sahələrində yumşalmalar gedir. Yoluxanların sayında da azalma müşahidə edilir. Çünki belə ambulator müraciətlər olur. Bundan əlavə kompüter tomoqrafiyasında da xəstələrin sayı azalıb.
O ki, qaldı toyların və digər kütləvi mərasimlərin keçirilməsinə hesab edirəm ki, onların formatı birdəfəlik dəyişilməlidir. Yəni 500-600 nəfərin bir zala yığılıb kondisioner altında oturması və yeyib-içmək tələffüz yolları xəstəliyinin yayılmasına səbəb olur.
Azərbaycanda koronavirus bir neçə aydan sonra yəni payızın sonunda yox olacaq. Koronavirusdan başqa vərəm xəstəliyi də var. Vərəmin dərmanlara həssaslığı olmayan növü var. Bu xəstələr də Azərbaycanda az deyil. 500-600 nəfərin qapalı yerlərində bir yerdə oturması və nəfəslərinin qarışması olduqca təhlükəlidir. Toyların formatı dəyişməlidir. 80-100 nəfərin yəni yaxın qohumların iştirakı etdiyi toy məclisi keçirmək olar. O da təbii ki, sadəcə yemək-içməklə yox, başqa formatda Türkiyə və digər ölkələrdəki kimi. Adət-ənənə deyib bunu ömrümüzün sonuna kimi saxlamamalıyıq”.
Adil Qeybulla fikrini belə tamamlayıb:
“Keçmişdə toy adət-ənənəmiz başqa olub. Elə toylar olub ki, 3-7 gün davam edib. Yavaş-yavaş təkminləşərək bu formaya düşüb.
Hesab edirəm ki, bundan da daha təmkin dünyada olan formalara gəlməsi lap yaxşı olar. Hesab edirəm ki, payızın sonunda koronavirusun mutasiyaya uğrayaraq yox olması proqrozlaşdırılır. Hesab edirəm ki, yeni ildən sonra normal həyatımıza qayıdacağıq.
O zaman da nəinki toyların, digər mərasimlərin keçirilməsinə icazə veriləcək. Amma yenə deyirəm, toyların formatının dəyişməsi mütləqdir”.
17:30 / 16 Noyabr 2026
9
17:26 / 16 Noyabr 2026
24
17:25 / 16 Noyabr 2026
24
17:25 / 16 Noyabr 2026
29
17:19 / 16 Noyabr 2026
43
17:12 / 16 Noyabr 2026
43
17:10 / 16 Noyabr 2026
45
17:01 / 16 Noyabr 2026
56
16:55 / 16 Noyabr 2026
64
16:52 / 16 Noyabr 2026
62
16:50 / 16 Noyabr 2026
63
16:33 / 16 Noyabr 2026
82
16:25 / 16 Noyabr 2026
125
16:17 / 16 Noyabr 2026
100
16:12 / 16 Noyabr 2026
137
16:08 / 16 Noyabr 2026
117
15:45 / 16 Noyabr 2026
90
15:18 / 16 Noyabr 2026
124
15:00 / 16 Noyabr 2026
115
14:30 / 16 Noyabr 2026
475
14:24 / 16 Noyabr 2026
137
14:19 / 16 Noyabr 2026
167
14:14 / 16 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.