Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

REDAKTORUN SEÇİMİ

1151

09.09.2020, 16:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub.