Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT: Rayonlara gediş-gəliş açılacaq - "Məndə olan məlumata görə..."

DİQQƏT: Rayonlara gediş-gəliş açılacaq - \\\"Məndə olan məlumata görə...\\\"

REDAKTORUN SEÇİMİ

1555

01.09.2020, 18:16

"Hazırda koronavirusla bağlı vəziyyət nəzarət altındadır. Belə davam edərsə, karantin rejiminin daha da uzatmağa ehtiyac olmayacaq".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Asim Mollazadə koronavirusla bağlı danışarkən deyib. O, yumşaldılmalarla parelel nəzarərtin artırılmasının da vacib olduğunu bildirib:
“Düşünürəm ki, koronavirusla bağlı vəziyyəti bir müddət belə saxlmaq mümkün olsa, yaxın vaxtlarda müxtəlif yumşaldılmalara, həmçinin rayonlara gediş-gəlişin açılmasına da icazə vermək olar. Məndə olan məlumata görə, bu məsələ ilə bağlı mütəxəssislər və Operativ Qərargah hazırda müzakirələr aparır. Yəqin ki, mövcud vəziyyət geniş şəkildə analiz olunduqdan sonra bu məsələ ilə bağlı yekun qərar veriləcək.

Amma bir məsələ də var ki, yumşaldılma olan kimi virusa yoluxanların sayında artım müşahidə olunur. Bu məsələlərdə maksimum dərəcədə diqqətli və ehtiyatlı olmaq lazımdır”.