Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34973
az

Qərar verildi: İyulun 9-dan...

22:0408 İyul, 2020
6631
REDAKTORUN SEÇİMİ
  • A

Sərt karantin rejimin tətbiq edilməsi ilə fəaliyyəti bərpa olunan ekspres xətlərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır.

Oxu24.com  xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur. 

Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir. Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib. 

Dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. 

Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək. Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ
SON DƏQİQƏ! FHN açıqlama yaydı: Xəzərdə gəmi yanır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı