Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
772
07.07.2020, 11:42
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.
Müəyyən edilib ki:
– koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;
– qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;
– hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.
Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Baş Nazirin yeni qərarı bir çoxları tərəfindən kafe və restoranların fəaliyyətinin bərpa edildiyi kimi qəbul edilsə də, bu, belə deyil. Qazet.az-ın əldə etdiyi məlumata görə, ölkədə karantin rejimi avqust ayının 1-dək uzadılıb. Bildirilir ki, yeni qaydalar avqust ayının 1-də, karantin müddəti uzadılmayacağı təqdirdə qüvvəyə minəcək.
23:13 / 14 May 2026
35
23:05 / 14 May 2026
41
22:34 / 14 May 2026
53
22:30 / 14 May 2026
116
22:13 / 14 May 2026
129
21:58 / 14 May 2026
120
21:52 / 14 May 2026
69
21:41 / 14 May 2026
65
21:30 / 14 May 2026
73
21:19 / 14 May 2026
77
21:14 / 14 May 2026
75
21:07 / 14 May 2026
183
21:02 / 14 May 2026
150
20:59 / 14 May 2026
65
20:56 / 14 May 2026
90
20:54 / 14 May 2026
84
20:49 / 14 May 2026
59
20:49 / 14 May 2026
413
20:41 / 14 May 2026
256
20:35 / 14 May 2026
175
20:31 / 14 May 2026
336
20:28 / 14 May 2026
64
20:19 / 14 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.