İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1483
29.04.2020, 12:29
Azərbaycanda yumşaldılmış karantin rejimində fəaliyyətinin bərpa olunması gözlənilən restoran, kafe və digər ictimai iaşə müəssisələrində masalar arası məsafə 1,5 metrdən çox olmalıdır.
Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı qaydalara əsasən bu müəssisələrdə işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin olunmalıdır. İşə başlamazdan əvvəl, iş prosesində, qida məhsulları, avadanlıqlar, qab-qacaq və dəsmallarla təmasdan öncə əməkdaşların əllərinin təmiz yuyulması və qurudulmasına nəzarət edilməlidir. Həmçinin dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir.
Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Bundan başqa işçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir.
Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Qabların yuyulması zamanı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rezin əlcəklərdən istifadə vacibdir. Əlcəklər çirkləndikdə və zədələndikdə, həmçinin iş növbələri arasında dəyişdirilməlidir.
İctimai iaşə əməkdaşlarının əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməlidir. Bu şəxslər yalnız tibbi müayinə keçdikdən sonra işə buraxıla bilər;
Boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.
Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı, tez-tez kəsilməli, arası su və sabunla təmiz yuyulmalıdır.
İctimai iaşə müəssisələri axar isti və soyuq su təchizatı, birdəfəlik istifadə üçün salfetlərlə və ya hava əlqurudanlarla, yetərli sayda tibbi maskalar və əlcəklərlə, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalarla təmin edilməlidir. Bu tullantıların müvafiq qaydada məhv edilməsi də iaşə müəssisələrinin vəzifələri arasındadır. Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılması, qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasındakı məsafənin 1.5 metr olması təmin edilməlidir.
Təmizləmə zamanı görüləcək işlər:
1. İlk öncə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yuyun
2. Təmiz və ya içməli su ilə durulayın
3. Təmiz dəsmalla qurulayın.
Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları təmin edilməlidir.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.