FHN açıqlama yaydı: 5 meyit tapılıb
09 Fevral 2026, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
975
26.04.2020, 10:03
Yevlax sakini Ramil Hüseynov 190 manat birdəfəlik ödənişi ala bilmir. O, həmin məbləğ üçün müraciət etsə də, ona VÖEN-in aktiv olduğu bildirilib və imtina verilib. Ona görə də Yevlax sakini yerli vergi xidmətinə gedib və VÖEN-in dondurulması haqda sənəd alıb. Ancaq yenə də ona birdəfəlik ödəmə şamil olunmayıb.
Oxu24.com xezerxeber.az-a istinadla xəbər verir ki, Ramil Hüseynov 6 il əvvəl taksi fəaliyyətinə görə VÖEN açdırdığını və bir neçə il öncə hesabı dondurduğunu deyir. Bununla bağlı Məşğulluq Xidmətinə təqdim etdiyi sənədin də bir nəticə verməməsi onu çıxılmaz vəziyyətdə qoyub.
Bənzər hadisə Qazax rayon sakini Səbinə Mustafayevanın da başına gəlib. VÖEN-i olan qadın aprel ayının 9-u onu dondurub. Bundan sonra isə ayın 16-sı e-sosial.az portalından qeydiyyatdan keçib. Amma ona gələn mesajda VÖEN-i olduğu üçün bu xidmətdən yararlana bilməyəcəyi qeyd edilib.
Gəncə şəhər sakini Mətanət Məmmədova isə pensiya almadığı halda, ona gələn SMS-də onun pensiya aldığı üçün 190 manat ödənişdən faydalana bilməyəcəyi qeyd edilib.
Qismət Məmmədovun sözlərinə görə, onun yoldaşına atasızlığa görə bir müddət pensiya verilib. O da artıq 1 ildən çoxdur ki, dayandırılıb.
Həmçinin oxuyun
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, əgər vətəndaşın VÖEN-i vergilər idarəsinin sistemində aktiv şəkildə görünürsə, bu zaman ona hər hansı bir müavinət düşə bilməz. Amma bununla bərabər məsələlərin hər biri yenidən araşdırılacaq və bundan sonra problemin nə ilə əlaqədar olduğu aydınlaşdırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
01:32 / 14 Fevral 2026
11
01:01 / 14 Fevral 2026
31
00:39 / 14 Fevral 2026
28
00:15 / 14 Fevral 2026
113
00:14 / 14 Fevral 2026
213
00:09 / 14 Fevral 2026
37
00:03 / 14 Fevral 2026
41
23:59 / 13 Fevral 2026
144
23:55 / 13 Fevral 2026
1019
23:45 / 13 Fevral 2026
91
23:20 / 13 Fevral 2026
231
23:13 / 13 Fevral 2026
126
23:11 / 13 Fevral 2026
98
22:47 / 13 Fevral 2026
75
22:37 / 13 Fevral 2026
51
22:27 / 13 Fevral 2026
65
22:21 / 13 Fevral 2026
67
22:01 / 13 Fevral 2026
57
21:54 / 13 Fevral 2026
72
21:39 / 13 Fevral 2026
59
21:29 / 13 Fevral 2026
54
21:10 / 13 Fevral 2026
76
21:06 / 13 Fevral 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.