Qaynar xətt:

(+99450) 247 90 86

Dərslərin dayandırılması müddəti uzadıldı — SON DƏQİQƏ

Dərslərin dayandırılması müddəti uzadıldı — SON DƏQİQƏ

REDAKTORUN SEÇİMİ

1477

18.04.2020, 20:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar verib.
Oxu24.com xəbər verir ki, bununla bağlı  Baş  Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla     Azərbaycan    Respublikasının    ərazisində   yeni    növ    koronavirus (COVID-19) infeksiyasının  yayılmasının  qarşısının  alınması     məqsədilə     2020-ci   il     aprelin 20-dən mayın     2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.