FHN açıqlama yaydı: 5 meyit tapılıb
09 Fevral 2026, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1091
17.04.2020, 21:47
Azərbaycanda sahibkarlar üçün bank kreditləri yumşaldıla bilər
“Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 567 vergiödəyicisinə – toplam sayda 123 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib”.
Oxu24.com -un məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevlə video-bağlantı formatında keçirilən iclas zamanı deyib.
Həmçinin oxuyun
Nazir bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və artıq bütün dövlət qurumları ilə razılaşdırılıb: “Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75% miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50%, yəni, 14%-dən 7%-ə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi və digər tədbirlər. İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50% vergi güzəştinin, yəni, 2% dövriyyədən 1% dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi”.
M. Cabbarov əlavə edib ki, üçüncü istiqamət – bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edilir: “Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb”.
Nazir əlavə edib ki, geniş və əhatəli vergi güzəşti paketi yeganə dəstək mexanizmi deyil. “Nümunə kimi, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirəsi gözlənilən məsələ ondan ibarətdir ki, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, misal üçün, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması. Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin diqqətinizə təqdim edilməsi nəzərdə tutulur”.
10:41 / 12 Fevral 2026
1
10:35 / 12 Fevral 2026
8
10:28 / 12 Fevral 2026
14
10:27 / 12 Fevral 2026
19
10:09 / 12 Fevral 2026
20
10:09 / 12 Fevral 2026
21
09:56 / 12 Fevral 2026
29
09:51 / 12 Fevral 2026
471
09:48 / 12 Fevral 2026
45
09:43 / 12 Fevral 2026
199
09:42 / 12 Fevral 2026
28
09:30 / 12 Fevral 2026
36
09:25 / 12 Fevral 2026
50
09:17 / 12 Fevral 2026
46
09:08 / 12 Fevral 2026
47
08:57 / 12 Fevral 2026
202
08:37 / 12 Fevral 2026
49
08:28 / 12 Fevral 2026
44
01:40 / 12 Fevral 2026
81
01:05 / 12 Fevral 2026
166
00:48 / 12 Fevral 2026
118
00:31 / 12 Fevral 2026
109
00:09 / 12 Fevral 2026
427
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.