Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
751
27.02.2020, 15:44
Artıq Gürcüstan koronavirus səbəbindən Azərbaycanla gediş-gəlişi məhdudlaşdırıb. Azərbaycan tərəfi ölkədə bu virusa rastlanmadığına dair rəsmi açıqlama versə də, Gürcüstanda koronavirus aşkarlanan şəxsin İrandan gələrək, Azərbaycan ərazisindən keçdiyi məlum olub. Ancaq İran-Azərbaycan sərhədini keçən həmin şəxsdəki xəstəlik simptomları Azərbaycan tərəfindən aşkarlanmayıb və bu, yalnız Gürcüstanda üzə çıxıb.
Bu hadisə Azərbaycanın İranla sərhədində epidemiya ilə bağlı görülən tədbirlərin effektivliyi məsələsini yenidən gündəmə gətirir. Xatırladaq ki, İranda koronavirusun yayıldığına dair ilk rəsmi məlumat fevralın 19-da açıqlanıb. Sərhədə və ölkədəki sanitar vəziyyətə cavabdeh olan qurumların rəhbər şəxsləri isə İranla sərhədə fevralın 24-də yollanıblar.
Bununla bağlı rəsmi məlumatda deyilir ki, 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən "Astara” və "Biləsuvar”buraxılış məntəqələrinə səfər etmişlər.

Göründüyü kimi, belə hadisələr zamanı situasiyaya görə cavabdehlik daşıyan və operativ qaydada hərəkətə keçməli olan qurumlar Azərbaycanla intensiv gediş-gəlişi olan İranda koronavirusun yayıldığı gündən yalnız 5 gün sonra sərhədə yollanıblar.
Həmçinin oxuyun
"AzPolitika.info”-ya daxil olan məlumata görə, müvafiq qurumların, xüsusilə də Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti və Qida Təhlükəsizliyi Agentliyi kimi orqanlarını vəziyyətə vaxtında və operativ şəkildə müdaxilə etməməsi ölkə rəhbərliyinin sərt iradlarına səbəb olub.
Xatırladaq ki, fevralın 19-da Azərbaycan Prezidentinin və Birinci Vitse-Prezidentin İtaliyaya dövlət səfəri başlayıb və ayın 22-də həmin səfər başa çatıb.
Məlumata görə, Prezident ölkəyə döndükdən dərhal sonra İranla sərhəddə görülən işlərlə maraqlanıb.
Belə məlum olub ki, bu cür məsuliyyətli və operativ müdaxilə tələb edən situasiyada birbaşa vəzifələrini yerinə yetirməli olan müvafiq strukturların vəzifəli şəxsləri lazımı səviyyədə tədbirlər həyata keçirməyib, adekvat qərarlar qəbul etməyiblər. Məlumata görə, bu cür yanaşma ölkə rəhbərliyinin haqlı və sərt iradına səbəb olub.
Həmin qurumların rəhbərlərinin sərhədə səfəri də yalnız ölkə başçısı vətənə qayıdandan və onun müdaxiləsindən sonra baş tutub. Hansı ki, belə situasiyalarda hər bir qurum öz işini tapşırıq və göstərişlərdən asılı olmayaraq, vaxtında və operativ şəkildə həyata keçirməli idi.
19:12 / 03 Fevral 2026
1
19:11 / 03 Fevral 2026
13
19:02 / 03 Fevral 2026
23
18:57 / 03 Fevral 2026
21
18:51 / 03 Fevral 2026
54
18:45 / 03 Fevral 2026
32
18:39 / 03 Fevral 2026
435
18:35 / 03 Fevral 2026
36
18:31 / 03 Fevral 2026
47
18:30 / 03 Fevral 2026
58
17:56 / 03 Fevral 2026
66
16:25 / 03 Fevral 2026
129
16:20 / 03 Fevral 2026
1303
16:05 / 03 Fevral 2026
116
16:00 / 03 Fevral 2026
79
15:34 / 03 Fevral 2026
220
15:19 / 03 Fevral 2026
462
15:13 / 03 Fevral 2026
137
15:09 / 03 Fevral 2026
973
14:38 / 03 Fevral 2026
412
14:27 / 03 Fevral 2026
109
14:25 / 03 Fevral 2026
77
14:14 / 03 Fevral 2026
1876
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.