Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
843
26.02.2020, 16:09
Dünyada koronavirus epidemiyasının yayılması və çox sayda insan təlafatı əhali arasında təşvişə səbəb olub. Azərbaycana qonşu olan İranda da bu virusun aşkar olunması səbəbindən paytaxt Bakıda qoruyucu maskalara olan təlabat birə beş artıb. Bu isə insanların təşvişinə səbəb olub. Bəzi işbazlar isə bu vəziyyətdən istifadə edir. Belə ki, artıq apteklərdə tibbi maska qıtlığı müşahidə olunur. Hətta bir çox apteklər bazalarında maskaların qalmadığını iddia edirlər.
Oxu24.com xəbər verir ki, “Report” məsələ ilə bağlı araşdırma aparıb.
"Avis" Tibbi Marketlər şəbəkəsinin satınalma müdiri Lalə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, apteklərində maska qıtlığı hiss olunur. Onun sözlərinə görə, müraciət edən müştəri sayı da çoxalıb.
L.Əliyeva qeyd edib ki, apteklərində əsasən Türkiyə istehsalı olan tibbi maskaları satılır: “Bu maskalar tam steril, üçqatlı və iplikləri qalın toxunulmuş formadadır. Digər maskalarla müqayisədə fərq çox hiss olunur. Qiyməti 50 qəpikdir və heç bir artım olmayıb”.
O bildirib ki, əczaçılara bir müştəriyə 10 ədəd maska satılması ilə bağlı təlimat verilib və topdansatışa icazə yoxdur: “Çünki depoda az sayda maska qalıb, sifariş vermişik, gəlməlidir”.
"Zəfəran" apteklər şəbəkəsindən isə qeyd edilib ki, əməkdaşlıq etdikləri apteklərin heç birində hazırda qoruyucu maska yoxdur.
Həmçinin oxuyun
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, qoruyucu maskaların satışı ilə bağlı özəl şirkətlər məşğul olduğundan bu işə nəzarət nazirliyin səlahiyyəti xaricindədir.
İqtisadiyyat Nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb:
“Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Qeyd edək ki, müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla “Report”a açıqlamasında qoruyucu maskaların iki saatdan bir dəyişilməli olduğunu deyib. Onun sözlərinə görə, insanlar üzərində "tibbi maska" yazılanlardan istifadə etməli və maska ağız və burunu örtməlidir.
Xatırladaq ki, dünyada koronavirusdan ölənlər sayı 2769 nəfərə çatıb.
19:40 / 26 Aprel 2026
36
19:09 / 26 Aprel 2026
51
19:05 / 26 Aprel 2026
104
18:54 / 26 Aprel 2026
607
18:49 / 26 Aprel 2026
56
18:48 / 26 Aprel 2026
59
18:11 / 26 Aprel 2026
60
17:49 / 26 Aprel 2026
71
17:32 / 26 Aprel 2026
142
17:18 / 26 Aprel 2026
74
17:08 / 26 Aprel 2026
68
16:57 / 26 Aprel 2026
59
16:40 / 26 Aprel 2026
207
16:38 / 26 Aprel 2026
226
16:19 / 26 Aprel 2026
76
16:04 / 26 Aprel 2026
215
15:41 / 26 Aprel 2026
75
11:31 / 26 Aprel 2026
444
11:29 / 26 Aprel 2026
213
00:36 / 26 Aprel 2026
283
00:19 / 26 Aprel 2026
2591
23:40 / 25 Aprel 2026
193
23:22 / 25 Aprel 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.