Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1331
14.02.2020, 15:44
Sosial şəbəkələrdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş və açıqlanan ilkin nəticələrə görə lider olan Jalə Əliyevanın məclisdə öz tərəfdarlarına təşəkkür etməsi ilə bağlı kadrlar yayılıb.
Oxu24.com xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan videoda Jalə Əliyeva "bu seçkidə sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn” sözlərini işlədib və komanda üzvlərinə təşəkkür edib.
AZXEBER.COM məsələ ilə bağlı Jalə Əliyeva ilə əlaqə saxlayıb. O deyib ki, həmin video seçkidən sonra komanda üzvləri ilə ailə məclisində çəkilib.
Həmçinin oxuyun
Videoda bəhs edilən hadisə isə seçki günü yox, təbliğat kampaniyası ərəfəsində yaşanıb: "Həmin videoda deyilən sözlər seçki gününə aid deyil. Təbliğat müddətində qarşı tərəfin apardığı anti-təbliğat xarakterli addımlardan biri də o idi ki, mənim görüşümə öyrədilmiş adam göndərmişdilər və adam birbaşa "Azadlıq radiosu” ilə canlı yayıma girirdi. Yüksək səviyyəli təşkil olunmuş görüşü sərhəddən kənara ötürməyə çalışırdı. Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən, həmin o öyrədilmiş blogerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada "başına papka atmaq” ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı sadəcə qız yuxarıya qaldırmaqla o təxribatçıya "çıx get buradan” demək istəyir. Mən də həmin adamlara seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da, mən onların adını çəkirəm deyə seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər. Vəssəlam, bundan ibarətdir. Yenə də bunu özləri üçün istifadə etməyə və qərəz yaratmağa çalışırlar, bu qədər.”
Qeyd edək ki, MSK, bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərib. Bunların arasında J. Əliyevanın namizədliyini irəli sürdüyü 92 saylı Zərdab-Ucar seçki dairəsi də var.
19:29 / 24 Aprel 2026
5
19:18 / 24 Aprel 2026
17
18:59 / 24 Aprel 2026
112
18:48 / 24 Aprel 2026
30
18:35 / 24 Aprel 2026
53
18:22 / 24 Aprel 2026
48
18:18 / 24 Aprel 2026
121
18:12 / 24 Aprel 2026
96
18:00 / 24 Aprel 2026
46
17:40 / 24 Aprel 2026
52
17:20 / 24 Aprel 2026
219
17:15 / 24 Aprel 2026
51
16:44 / 24 Aprel 2026
144
16:43 / 24 Aprel 2026
58
16:40 / 24 Aprel 2026
74
16:05 / 24 Aprel 2026
93
15:54 / 24 Aprel 2026
140
15:52 / 24 Aprel 2026
70
15:39 / 24 Aprel 2026
83
15:38 / 24 Aprel 2026
1911
15:32 / 24 Aprel 2026
1153
15:27 / 24 Aprel 2026
248
15:24 / 24 Aprel 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.