Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3343
10.02.2020, 11:02
"Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Dövlət başçısını aldadan insanlardır".
Oxu24.com Sabah.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayımda deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni döyüldüyünü iddia edib. İfaçı ağlayaraq bu sözləri deyib:
"Bu yerə zülmlə gəlmişəm. Bizə təhqiredici təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Dəyməz belə qırğına. Xalqı dövlət başçısından küsdürmək olmaz. İnsanlara yazığınız gəlsin. Kiminsə öz cibi, balasının yaxşı yaşaması üçün milləti incidirlər. Mənə millət vəkili olmaq lazım deyil, onsuz sənətkar kimi Allah tərəfindən seçilmişəm.
Bilmirsiniz nələr baş verir. Kaş bu yolu gəlməzdim. Biz sənətkar kimi xalqa lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Yeni Azərbaycan Partiyasının adına ləkədir. Partiyanın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar. Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Bacım Mehriban qadının alt paltarından tapıb bunları. Bir kişi bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm, pulumu da vermişəm.
Günlərdir evimizdən, balalarımızdan, sənətimizdən uzaq düşüb, çalışırıq. Xalqın qayğısına qalmaq üçün çalışdıq. Bacımı da, məni də döydülər, qaçdıq oradan. Seçki Komitəsinin sədri Məzahir Pənahova səslənirəm, bunu araşdırın".
Həmçinin oxuyun
01:11 / 24 Aprel 2026
133
00:48 / 24 Aprel 2026
123
00:13 / 24 Aprel 2026
145
23:43 / 23 Aprel 2026
118
23:30 / 23 Aprel 2026
102
23:16 / 23 Aprel 2026
145
22:57 / 23 Aprel 2026
144
22:45 / 23 Aprel 2026
117
22:34 / 23 Aprel 2026
68
22:14 / 23 Aprel 2026
718
22:09 / 23 Aprel 2026
93
22:03 / 23 Aprel 2026
60
21:58 / 23 Aprel 2026
57
21:55 / 23 Aprel 2026
52
21:53 / 23 Aprel 2026
141
21:51 / 23 Aprel 2026
302
21:45 / 23 Aprel 2026
98
21:39 / 23 Aprel 2026
89
21:37 / 23 Aprel 2026
970
21:27 / 23 Aprel 2026
210
21:16 / 23 Aprel 2026
244
21:00 / 23 Aprel 2026
260
20:34 / 23 Aprel 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.