Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
947
07.01.2020, 15:50
Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ictimaiyyəti sarsıdıb. İnsanlar sosial şəbəkə vasitəsilə azyaşlıının qatilin tezliklə tapılıb cəzalandırmasını tələb edir. Tanınmışlar arasında hadisəyə ilk münasibət verənlər jurnalist Xoşqədəm Hidayətqızı, daha sonra deputat Qənirə Paşayeva oldu.
Oxu24.com baku.ws-ə istinadən xəbər verir ki, "Səni axtarıram" layihəsinin aparıcısı millət vəkilinin ayyarımdır axtarılan azyaşlının ölümünə reaksiyasını gecikmiş hesab edib və bu iradını onun "Facebook" statusunun altında bildirib:
- Hörmətli Qənirə xanım, mən sizi Nərmin itəndə orada görmək istərdim, ölüsü ortaya çıxdıqdan sonra yox. Həftələrdir bu axtarış gedir. Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər. Bağışla!
Q.Paşayeva aparıcının bu iradını belə cavablandırıb:

- Xoşqədəm xanım, mən o dairənin millət vəkili olmasam da, hüquq-mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Mən daim olaraq maraqlana bilərəm və hüquq-mühafizə orqanları hər gün bu məsələ ilə nə qədər maraqlandığımı çox yaxşı bilir. Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsəniz, o cür də ifadə edə bilərsiniz. Amma istədim gerçəkləri biləsiz.
Həmçinin oxuyun
X.Hidayıtqızı ilə Q.Paşayevanın dialoqu belə davam edib:

- Qənirə Paşayeva, ola bilər, amma bu axtarışda şəxsən iştirak edən biri kimi bunun şahidi olmadıgım ücün yazdım. Və bu yazdığımı yalnız sizə yaza bilərəm. Dedim axı, uman yerdən küsərlər".
- Xoşqədəm Baxşəliyeva, biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Millət vəkili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesde sizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz edərdik. Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə biz hüquq-mühafizə orqanlarına davamlı müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. Uman yerdən küsərlər fikrinizə sayğı ilə yanaşıram, amma bu kimi proseslərdə ancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilərik.
18:29 / 13 Aprel 2026
1
18:18 / 13 Aprel 2026
119
18:09 / 13 Aprel 2026
65
17:39 / 13 Aprel 2026
47
17:32 / 13 Aprel 2026
1046
17:29 / 13 Aprel 2026
57
17:15 / 13 Aprel 2026
46
17:12 / 13 Aprel 2026
559
16:57 / 13 Aprel 2026
53
16:55 / 13 Aprel 2026
62
16:23 / 13 Aprel 2026
732
16:17 / 13 Aprel 2026
64
15:59 / 13 Aprel 2026
75
15:48 / 13 Aprel 2026
91
15:45 / 13 Aprel 2026
66
15:42 / 13 Aprel 2026
471
15:34 / 13 Aprel 2026
77
15:27 / 13 Aprel 2026
400
15:24 / 13 Aprel 2026
87
15:14 / 13 Aprel 2026
70
14:55 / 13 Aprel 2026
714
14:48 / 13 Aprel 2026
1123
14:14 / 13 Aprel 2026
2158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.