Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
710
17.11.2025, 23:56
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub.
Oxu24.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərkəzin direktoru Anna İbrahimbəyova layihəni dəstəkləyən və onun hazırlanmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib. Kurator Nigar Rzayeva qeyd edib ki, festival teatr, ədəbiyyat, kino, təsviri incəsənət və müasir düşüncəni bir araya gətirir, keçmişlə indiki zaman arasında canlı mədəni dialoq yaradır.
N.Rzayeva vurğulayıb ki, Maqsud İbrahimbəyovun eyniadlı pyesi əsasında yaradılan festival insanın böyük bir irəliləyişin astanasında dayandığı anı təsvir edir.
"Baş qəhrəman çaşqınlıq hiss edir. Bu yeni mərhələnin onu hara aparacağını bilmir. Bu gün biz də öz texnoloji, sürətli və həyəcanlı "bum"umuzda yaşayırıq. Dövrlər dəyişir, amma insanın daxili dünyası və əsas dəyərləri dəyişməz olaraq qalır", - deyə N.Rzayeva qeyd edib.
Festival müəllifin yaradıcı irsindən ilhamlanan çoxjanrlı bir məkan yaradır və onun əsərlərinin bədii potensialını yenidən kəşf edir. 1960-cı illərdə yazılmış "Neft bumu hamıya gülümsəyir" pyesi seçim, məsuliyyət və taleyin universal mövzularını XXI əsrdə də aktuallığını qoruyan suallar kimi ortaya çıxarır.
Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Firdovsi Atakişiyevin Maqsud İbrahimbəyovun "Timka ilə neftimiz" hekayəsinin hissə-hissə oxunuşu ilə davam edib.
Mərasimin sonunda tanınmış rusiyalı jurnalist Mixail Qusman dostu Maqsud İbrahimbəyov haqqında səmimi xatirələrini bölüşüb. O, Maqsudla tanış olmaq və ünsiyyət qurmaq fürsətinin "taleyin bir hədiyyəsi" və çox dəyərli bir həyat təcrübəsi olduğunu vurğulayıb.
M.Qusman qeyd edib ki, o, İbrahimbəyovu təkcə görkəmli yazıçı və dramaturq kimi deyil, həm də olduqca gənc və enerjili bir insan kimi xatırlayır.
Onun fikrincə, Maqsud İbrahimbəyov əbədi olaraq Azərbaycanın ən dəyərli oğullarından biri - ölkəsini və xalqını sonsuz sevən, doğma torpağına bütün varlığı ilə sadiq bir şəxsiyyət olaraq qalacaq.
Qeyd edək ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin fəaliyyəti yazıçının irsinin qorunması və yeni mədəni təşəbbüslərin dəstəklənməsinə yönəldilib. Festival bu missiyanı keçmişi və bu günü birləşdirərək, nəsillər arasında dialoq məkanını genişləndirərək və bu gün də əhəmiyyətini itirməyən müəllifin ideyalarına diqqəti qaytararaq davam etdirir.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.