Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2751
04.10.2025, 14:37
Sənətçinin ölümündən sonra mətbuatda və sosial şəbəkələrdə müxtəlif məlumatlar, şaiyələr yayılmağa başladı. Kimi onun aktyorluq fəaliyyəti, insani keyfiyyətləri baradə yazdı, danışdı. Bir qrup isə C.İmanovun daxili işlər orqanlarında xidmət etdiyi dövrdəki fəaliyyətini qabartdı. Hətta jurnalist Sevinc Telmanqızı iddia etdi ki, 2003-cü il 15-16 oktyabr həbsləri zamanı tutulanlara ən qəddar işgəncələri verən, onları xüsusi həvəslə döyənlərdən biri də C.İmanov olub. Bir çox tanınmış ictimai şəxslərlərlə yanaşı sadə vətəndaşlardan da bu hadisələrə şahid olduqların deyənlər oldu.
Belə fikirlərə görə sosial mediada Əməkdar artistin doğmaları, yaxınları, səhnə dostları, onu sevənlər və ictimaiyyət nümayəndələri arasında fikir ayrılıqları yarandı.
Aktyorun dəfnindən sonra onun vəhhabi qaydası ilə dəfn olunduğu iddialar irəli sürüldü. Hətta qardaşı Tahir İmanovun çəkilişə icazə verməməsi bu iddiaları daha da gücləndirdi.
Jurnalist Elbəyi Həsənli isə Əməkdar artistin vəhhabi olması və sələfi məzhəbinin dini qayda və ayinləri əsasında dəfn edildiyi iddiasını səsləndirib.
“Yeni Sabah” bütün bu iddialara münasibət öyrənmək üçün Cabir İmanovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovla əlaqə saxlayıb.
Q.İmanov ona və doğmalarına başsağlığı verən hər kəsə təşəkkür edib:
“Allah bütün ölənlərə rəhmət eləsin. Başsağlığı verən hər kəsə təşəkkür edirəm. Bu mövzularla bağlı danışmaq istəmirəm. Belə şeylər yazanlara da demək istəyirəm ki, biz nə hayda, siz nə hayda?”.
Qeyd edək ki, C.İmanov sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.
17:30 / 16 Noyabr 2026
9
17:26 / 16 Noyabr 2026
24
17:25 / 16 Noyabr 2026
24
17:25 / 16 Noyabr 2026
29
17:19 / 16 Noyabr 2026
43
17:12 / 16 Noyabr 2026
43
17:10 / 16 Noyabr 2026
45
17:01 / 16 Noyabr 2026
56
16:55 / 16 Noyabr 2026
64
16:52 / 16 Noyabr 2026
62
16:50 / 16 Noyabr 2026
63
16:33 / 16 Noyabr 2026
82
16:25 / 16 Noyabr 2026
125
16:17 / 16 Noyabr 2026
100
16:12 / 16 Noyabr 2026
137
16:08 / 16 Noyabr 2026
117
15:45 / 16 Noyabr 2026
90
15:18 / 16 Noyabr 2026
124
15:00 / 16 Noyabr 2026
115
14:30 / 16 Noyabr 2026
475
14:24 / 16 Noyabr 2026
137
14:19 / 16 Noyabr 2026
167
14:14 / 16 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.