“Melissa Group” binanı özbaşına sökübmüş — AÇIQLAMA
27 Mart 2025, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
1813
25.02.2025, 20:34
Sabunçuda 15 nəfərin ölümündə “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı təqsirləndirilir.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit edilib.
Həmçinin, araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.
Həmçinin oxuyun
2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirli bilinərək 5 min manat cərimə cəzasına məhkum olunmuş 1988-ci il təvəllüdlü Səbuhi Xanhüseynovun istehsalat sexinə baxış keçirilməklə möhürlənib.
Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində reydlər keçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
17:39 / 14 Aprel 2025
Sel və daşqın keçəcəyi gözlənilir — XƏBƏRDARLIQ
2
17:18 / 14 Aprel 2025
Nəcibə İlkin nazirə müraciətində nə yazır? — MƏKTUB
71
16:49 / 14 Aprel 2025
Mehriban Xanlarova bu məşhur müğənninin gəlini olubmuş — VİDEO
134
16:19 / 14 Aprel 2025
TƏCİLİ! Müdafiə Nazirliyi açıqlama yaydı
170
16:02 / 14 Aprel 2025
Məşhur aktyor “Komedixana”dan getdi - FOTO
86
15:36 / 14 Aprel 2025
Kəlbəcərdə ölən var
31
15:18 / 14 Aprel 2025
Tələbənin ürəyi dayandı — FOTO
372
14:36 / 14 Aprel 2025
Zelenski Trampı ölkəsinə dəvət edib.
44
14:30 / 14 Aprel 2025
Ekspert verdiyi rəyi niyə ləğv edib? – Ədalət Həsənovun başçılıq etdiyi mərkəzdə 40 min iddiası
237
14:25 / 14 Aprel 2025
Dollar ucuzlaşır
46
13:20 / 14 Aprel 2025
Bu halda sizə əlavə məzuniyyət verilməlidir — Qanun belə deyir
228
13:05 / 14 Aprel 2025
Ayısəsi kəndi haqqında maraqlı faktlar
188
12:55 / 14 Aprel 2025
Onlar sosial vergi ödəməyəcək
52
12:53 / 14 Aprel 2025
Sizi qanunsuz işdən çıxarsalar,nə etməlisiniz? — Hüquqi yardım
124
12:45 / 14 Aprel 2025
Pakistanda yaraqlıların əlində Amerika silahları tapılıb
47
12:26 / 14 Aprel 2025
Leysan olacaq - FHN-dən xəbərdarlıq
68
11:57 / 14 Aprel 2025
Trampa öz heykəlini hədiyyə etdi
56
11:32 / 14 Aprel 2025
Prezident sərəncam imzaladı
967
11:28 / 14 Aprel 2025
Ukrayna nə qədər itki verib? — Zelenski özü açıqladı
72
11:20 / 14 Aprel 2025
Ticarət eskalasiyası güclənir: Çin və ABŞ yeni məhdudiyyətlər qoyur
58
11:07 / 14 Aprel 2025
Zelenski: Biz ABŞ-dan Patriot almaq istəyirik, amma onu bizə satmayacaqlar
68
10:43 / 14 Aprel 2025
SON DƏQİQƏ! Bu ərazilər Azərbaycana təhvil verilir
312
10:24 / 14 Aprel 2025
Prezident qəbul keçirib
84
10:00 / 14 Aprel 2025
Bu günlərində evi yığışdırmaq bədbəxtlik gətirir
102
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.