ВНИМАНИЮ граждан: в Азербайджане вводится новое пособие
13 Dekabr 2025, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
886
30.01.2025, 19:48
Ağrı ilə üzləşdiyimiz zaman apteklərdən ən çox aldığımız dərmanın “Nimesil” olduğunu desək, yəqin ki, yanılmarıq. Azərbaycanda da populyarlıq qazanan bu dərmana həddindən artıq təlabat var.
Maraqlıdır ki, son dövrlərdə bu dərman vasitəsinin zərərləri də müzakirə olunur. Əslində, dərman kimi qəbul edilən “Nimesil”in bir sıra fəsadlara yol açdığı bildirilir.
“Qafqazinfo” məsələnin vacibliyini nəzərə alaraq, dünya ölkələrinin və bir sıra səhiyyə təşkilatlarının bu dərman haqda qəbul etdiyi qərarları dərc edir.
Məsələn, Beynəlxalq Dərman Bülletenləri Cəmiyyətinin (ISDB) bəyanatında bildirilir ki, “Nimesil” və onun bütün növləri qaraciyərə vurduğu ciddi zərərə görə bütün dünyada ləğv edilməlidir.
Məlumata görə, “Nimesulide” tərkibli dərman vasitələri xəstələri ölümcül qaraciyər fəsadları ilə üz-üzə qoyur:
“Avropa İttifaqı rəsmiləri istehlakçıları qoruya bilmir. “Nimesulid”in Avropa və dünyanın bəzi digər bazarlarında qalmasına icazə verilməsini qəbuledilməz hesab edirik. Bu preparat heç bir terapevtik üstünlük və ya daha yaxşı mədə-bağırsaq fəaliyyəti təmin etmir, digər tərəfdən isə qaraciyər pozğunluqları riskini artırır”.
Qeyd edək ki, sözügedən dərman vasitəsi təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlar doğurduğu üçün ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya kimi ölkələrdə istifadəyə yararsız hesab olunur.
Ağrıkəsicinin qaraciyərdə yol aça biləcəyi risklər Avropa Dərman Agentliyi tərəfindən də təsdiqlənib.
Həmçinin oxuyun
Finlandiya, İspaniya, İrlandiya və Sinqapur qaraciyərin ciddi zədələnməsi ilə bağlı xəbərlərdən sonra nimesulid tərkibli dərmanları bazardan çıxarbılar.
Əlavə edək ki, Azərbaycanda da kifayət qədər məşhurluq qazanan qeyri-steroid iltihab əleyhinə preparat Almaniya istehsalıdır.
Onun tərkibi nimesulid adlı maddə ilə zəngindir ki, bu da artrit kimi xroniki xəstəliklər üçün də tövsiyə edilmir.
Ağrıkəsici qadınlar üçün də laktasiya və hamiləlik dövründə əks göstəriş hesab olunur.
Bu isə qaraciyər çatışmazlığı da daxil olmaqla, qaraciyər toksikiliyinin artması riski ilə bağlıdır.
Yanvarın 3-ü Hindistan Baytarlıq Tədqiqat İnstitutunun (IVRI) alimləri tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, nimesulid tərkibli vasitələr heyvanlarda da uzun müddət tətbiq olunarsa, onların tələfatına yol açır.
Elmi araşdırmalar bu dərmanın nəsli kəsilməkdə olan qarğalara zəhərli təsir göstərdiyini təsdiqlədikdən sonra Hindistan məşhur ağrıkəsicini qadağan edib. Tədqiqatlara görə, o, həm də insanlar üçün uyğun deyil.
Hazırladı:Telli Minbir
22:48 / 15 Dekabr 2025
1
22:31 / 15 Dekabr 2025
21
22:27 / 15 Dekabr 2025
20
22:09 / 15 Dekabr 2025
127
21:59 / 15 Dekabr 2025
36
21:45 / 15 Dekabr 2025
51
21:10 / 15 Dekabr 2025
1328
20:54 / 15 Dekabr 2025
84
20:38 / 15 Dekabr 2025
1034
20:16 / 15 Dekabr 2025
60
19:46 / 15 Dekabr 2025
149
19:15 / 15 Dekabr 2025
584
18:43 / 15 Dekabr 2025
572
18:36 / 15 Dekabr 2025
72
17:51 / 15 Dekabr 2025
94
17:37 / 15 Dekabr 2025
847
17:14 / 15 Dekabr 2025
104
17:08 / 15 Dekabr 2025
99
16:59 / 15 Dekabr 2025
216
16:49 / 15 Dekabr 2025
871
16:40 / 15 Dekabr 2025
204
16:26 / 15 Dekabr 2025
158
16:16 / 15 Dekabr 2025
167
15:55 / 15 Dekabr 2025
260
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.