Qaynar xətt:

(+99450) 247 90 86

Serialdakı məşhur aktyor iti ilə birlikdə ölü tapıldı (FOTO+VİDEO)

Serialdakı məşhur aktyor iti ilə birlikdə ölü tapıldı (FOTO+VİDEO)

REDAKTORUN SEÇİMİ

779

11.07.2024, 11:16

"Alf" serialında oğlan Brayan Tanner obrazını canlandıran amerikalı aktyor Benci Qreqori 46 yaşında vəfat edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Deadline məlumat yayıb.

 

Aktyorun meyiti  Arizona ştatının Peoria şəhərindəki dayanacaqda avtomobilində tapılıb. Onun  iti də avtomobildə  ölü vəziyyətdə  tapılıb.

 

Aktyorun bacısı Qreqorinin depressiyadan  əziyyət çəkdiyini bildirib.

1980-ci illərin sonlarında Qriqori "Alf" komediya serialında oynayıb. Aktyor yadplanetli Alfanın ən yaxın dostu Tanner ailəsinin iki övladından birinin rolunu oynayıb. Sənətçi həmçinin "Alatoranlıq zona" və "A-Team" seriallarında oynayıb. Bundan əlavə, Qreqori McDonald's və digər şirkətlərin reklamlarında çəkilib.

Qeyd edək ki,sözügedən serial bir müddət Azərbaycanda da məşhur olub.

 

Nigar